1cc96481-6dc4-4e8f-afdc-9b2f87b50347..jpg

“Qarabağ”a vurulan qol Avropa Liqasının qrup mərhələsinin ən yaxşısı adına namizəddir

Baxış sayı: 485 dəfə baxılıb.

“Qarabağ”a vurulan qol Avropa Liqasının qrup mərhələsinin ən yaxşısı adına
namizəddir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Viktor Bonifeysin “Qarabağ”a
vurduğu qol UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşısı adına namizəddir.

UEFA tərəfindən nigeriyalı hücumçunun Leverkuzendə 5:1 hesabı ilə qalib
gəldikləri görüşdə cərimə meydançası kənarından vurduğu qol fərqləndirilib.

Ən yaxşı adına digər namizədlər “Vest Hem”dən (İngiltərə) Lukas Paketa,
“Marsel”dən (Fransa) Pyer-Emerik Obameyanq, “Molde”dən (Norveç) Maqnus Volf
Eykrem, “Tuluza”dan (Fransa) Tanjis Dallinqa, “Vilyareal”dan (İspaniya) Santi
Komesana, AEK-dən (Yunanıstan) Cibril Sidibe, “Renn”dən (Fransa) Lorenz
Assinyon və Ludovik Blasdır.

Paketanın iki qolu ən yaxşı olmağa iddiaçıdır.

Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Source link