3e8fa780-2d23-4c3c-97e3-2b45dd95b271..jpg

Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür

Baxış sayı: 420 dəfə baxılıb.

Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin
payına düşür

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən
sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu
üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə
alınıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan
Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqrobiznes Forumunda deyib.

“Onların 500-ə qədəri xarici iş adamlarından daxil olan müraciətlərdir. Xarici
müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi
ölkələrin payına düşür”, – deyə O.Məmmədov əlavə edib.

Source link