Erməni ordusunun əsgəri Hamlet Qriqoryan Qarabağda naməlum şəraitdə ölümcül güllə yarası alıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib:
“20 may yerli vaxtla saat 11:00 radələrində şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müdafiə nöqtəsində 1999-cu il təvəllüdlü hərbi qulluqçu Hamlet Qriqroyan Narayr oğlu ölümcül yara alıb”.
Nazirliyin məlumatına görə, hadisənin detallarını aydınlaşdırmaq üçün araşdırma aparılır.