5c1604a4-fcdf-4bee-b771-0ce09453a8ad..jpg

Qarabağda ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edildi – VİDEO

Baxış sayı: 550 dəfə baxılıb.

Qarabağda ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra
Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə
məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd
“T-72B” tankı, 4 ədəd “D-20” artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu
3 ədəd “Ural” və 1 ədəd “KamAZ” markalı hərbi avtomobil və xüsusi texnikalar
təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.

Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr
2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və
ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi
onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut
edir.

Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan
silah-sursat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər
miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından
birinə çevrilib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını
Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə
2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları
qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşımış, 480 kilometrədək təmas
xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və
möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya
qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri
quraşdırmış, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr
cəmləşdirib.


Source link