Ermənistan ordusunun müddətli hərbçisi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
ÇıxışYolu.Com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Onun sözlərinə görə, hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib.
Mətbuat katibi deyib ki, yaralı hərbçi Yerevandakı tibbi müəssisələrdən birində müalicə olunur.
A.Ovannisyan hadisənin səbəbi barəsində açıqlama verməyib.