f2c517ef-df46-434a-94d7-2ddf1bca11ee..jpg

Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər AÇIQLANDI

Baxış sayı: 733 dəfə baxılıb.

Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər AÇIQLANDI

“Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə
bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin
sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır”.

Bu barədə bu gün “Trend”in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən
bildirilib.

Bildirilib ki, Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə
adına tam orta məktəbin investor tərəfindən tikinti işlərinə başlanılıb.

Şuşa Real Məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta
sənədləri hazırlanır, tarixi binanın qorunması üçün işlərə başlanılıb

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı
layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr
aylarında başlanılması planlaşdırılır.

Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulan Füzuli Peşə
Liseyinin tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması
planlaşdırılır.

Laçın şəhər 2 nömrəli tam orta məktəb binasında bərpa-gücləndirmə və əsaslı
təmir işlərinə başlanılıb.

Ağdam şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə
başlanılmış və tikintinin başa çatması cari ilin sentyabr ayının 15-nə nəzərdə
tutulub. Şuşa şəhər 1 nömrəli 960 yerlik tam orta məktəbinin tikintisinə
2021-ci ilin may ayının 12-də başlanılıb. Tikintinin başa çatması cari ilin
sentyabr ayının 15-ə nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib.

Tədbirlər planına əsasən Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi
planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil
müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması
tapşırılıb.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda
23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı
rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda
(Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil
müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Source link