391da97f-37fb-428a-9823-d96ceb53af70..jpg

Qarabağda minatəmizləmə işlərinin ləng aparılmasının əsas səbəbi açıqlanıb

Baxış sayı: 608 dəfə baxılıb.

Qarabağda minatəmizləmə işlərinin ləng aparılmasının əsas səbəbi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Metodologiya və qiymətləndirmə
şöbəsinin müdiri Adil Aslanov bildirib ki, ermənilər Qarabağda mərhələli mina
basdırılmasından istifadə ediblər.

“Report”un Qarabağ bürosu xəbər verir ki, o, bu barədə Ağdamda keçirilən
beynəlxalq forumda danışıb.

ANAMA rəsmisi qeyd edib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan
işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsuludur:

“Belə ki, təmizləmə əməliyyatı apardığımız hər yerdə, xüsusilə “Zəfər yolu” və
digər kommunikasiya xətlərinin keçdiyi zonalarda bu cür hallara daha çox rast
gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində
işlərin ləng aparılmasının əsas səbəbi də basdırılan minaların bir neçə
mərhələdən ibarət olmasıdır. Bu cür halların qarşıya çıxması insanların həyatı
üçün ciddi təhlükə yaradır”.

A.Aslanov qarşıya çıxan problemin çətinliyinə baxmayaraq, ərazilərin tam
təmizlənməsi yolunda daha ciddi və sayıq çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən
Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam
ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən
Ağdam şəhərində davam etdirilir.

Source link