Qarabağda qanunsuz erməni silahlı dəstələrinə məxsus növbəti silah-sursat
anbarı aşkarlandı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli
antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş
tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni
erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki
təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli
qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər
müsadirə edilib.