d400e8f7-d722-4563-92f9-d08f5871f719..jpg

“Qarabağ”da şok zədə: Əməliyyat olunacaq Şahruddin neçə ay oynamayacaq? – YENİLƏNİB

Baxış sayı: 782 dəfə baxılıb.

“Qarabağ”da şok zədə: Əməliyyat olunacaq Şahruddin neçə ay oynamayacaq? –
YENİLƏNİB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın qapıçısı
Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.

Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat
verib.

Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:

“Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq
bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq”.

Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl
meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA
Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı
buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da
üzvüdür.

21:47

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

“Qafqazinfo” xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi
zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində
“Gent”lə oyunları buraxacaq.

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da
evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov
Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

Source link