75d04db8-1620-480d-a03e-a948e4e8e281..jpg

Qarabağdakı dəhşətləri çəkən hərbi reportyorlar DANIŞDILAR – VİDEO

Baxış sayı: 672 dəfə baxılıb.

Qarabağdakı dəhşətləri çəkən hərbi reportyorlar DANIŞDILAR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində baş verənləri lentə alan hərbi reportyorlar
Nizami Abbasov və Ədil Arifoğlu Baku TV-yə danışıblar.

Müharibənin dəhşətlərindən söz açan Ədil Arifoğlu öz xalqının ağrı-acısını
görüntüləməyin daha ağır olduğunu deyib:

“Başqa ölkədə müharibəni işıqlandıranda kadrların necə çəkiləcəyini,
informasiyanı necə çatdıracağını düşünürsən. Amma öz yaxınının ölümünü, necə
əzab çəkməyini lentə almaq, millətinin məğlub olduğunu, torpağının işğal
edilməsini görmək başqa bir şeydir”.

O, müharibədə döyüşlərdən birini çəkərkən yaralanmasından da bəhs edib:

“Yaralanan döyüşçümüzü çəkmək istəyəndə snayper məni vurdu. Güllə boğazımdan
girmişdi. O vəziyyətdə 500 metr arxaya getmişəm. Heç boğazımdakının güllə
olduğunu bilməmişdim. Həkimlər də elə bilmişdilər ki, minaatan qəlpəsidir”.

Əməkdar incəsənət xadimi Nizami Abbas isə onu ən çox təsirləndirən kadrlar
haqqında danışıb:

“Mənə ən çox qardaşı ilə birlikdə əsir götürülən rabitəçi Dürdanənin kadrları
təsir etmişdi. O, Allahverdi Bağırovun iqamətgahında başına gələn hadisələri
danışanda mən qulaq asa bilməyib, otağı tərk etdim. Həmin adamlarla bu gün də
görüşmək mənim üçün çətindir”.

Ətraflı süjetdə:


Source link