3b3969e6-f18d-4455-be67-3fe9d1a2d695..jpg

“Qarabağdakı separatçıların davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir” – FOTO

Baxış sayı: 571 dəfə baxılıb.

“Qarabağdakı separatçıların davranışları və Ermənistan hakimiyyətinin onlara
dəstəyi yolverilməzdir” – FOTO

“Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar
yaradıb və şərtləri diktə edən tərəfdir. Ermənistanın və Rusiya sülhməramlıları
kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz rejimin
təxribatları qəbulolunmazdır. Bu gün Qarabağdakı erməni separatçıların
davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr müaviniSevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Nikol Paşinyanın Qarabağdakı separatçılara dəstəyi
beynəlxalq hüquq normalarına tamamilə ziddir:

“Separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə
maraqlı olmadığını göstərir. Son hadisələr fonunda beynəlxalq birliyin diqqəti
bölgəmizə yönəlib. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə
çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır. Bu, regionda bütün
xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə
Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl
çəkməli və sülh müqaviləsini imzalamalıdır”.

Millət vəkilinin sözlərinə görə, ən əsası, Ermənistan Üçtərəfli Bəyanatın
tələblərini tam yerinə yetirməlidir.

“Bu mənada 10 noyabr razılaşmalarının 4-cü bəndi yerinə yetirilməlidir. Məğlub
ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və
qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi
kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, biz onun
başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün
dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə
xidmət edən addımlardan çəkinməli, separatizmə dəstək verməməli və sülh
prosesini uzatmamalıdır. Qarabağda erməni separatizminə son qoyulmalıdır.
Dövlətimizin bu məsələdə mövqeyi prinsipialdır. Eyni zamanda, beynəlxalq birlik
də aydın və konkret mövqeyini ortaya qoymalı, ikili standartlardan çıxış
etməməlidir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.

Qeyd edək ki, bu gün ermənilər Qarabağdakı qondarma rejimin ildönümünü qeyd
edirlər. Bununla əlaqədar Paşinyan çıxış edərək bildirib ki, Qarabağda yaşayan
ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər Dağlıq Qarabağın
ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu
barədə bəyanatlar əsassızdır.

Aysel Aslan

Source link