8492e29c-2962-4060-bf9c-1e7b169ac35d..jpg

Qarabağdakı separatçıların tərkisilah edilməsinə başlanılıb – VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

Qarabağdakı separatçıların tərkisilah edilməsinə başlanılıb – VİDEO

Qarabağdakı separatçı hərbi dəstələrin tərkisilah edilməsinə başlanılıb.

Bu barədə Rusiya sülhməramlı kontingentinin yaydığı məlumatda bildirilir.

Vurğulanır ki, proses antiterror tədbirlərinin dayandırılmasına dair
razılaşmaların icrası məqsədilə Rusiya hərbi qulluqçularının nəzarəti altında
həyata keçirilir.

Həmçinin, Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində
Qarabağdakı qanunsuz erməni silahlı dəstələri öz postlarını tərk edir.

Qeyd olunur ki, bu günə kimi 800-dən çox atıcı silah, qumbaraatan və
minaatanlar, eləcə də digər silahlar təhvil verilib.

Source link