2361f53a-ebd8-4712-b90b-5a0c4ab35dd8..jpg

Qarabağdakı təxribat: Tamaşa ifşa edildi, Azərbaycan təcili yardım maşını Xankəndiyə girdi – ŞƏRH

Baxış sayı: 609 dəfə baxılıb.

Qarabağdakı təxribat: Tamaşa ifşa edildi, Azərbaycan təcili yardım maşını
Xankəndiyə girdi – ŞƏRH

Rusiya və Ermənistan Qarabağla bağlı açıq qalan məsələlərin həllinə doğru
addım atmaqdansa, prosesi düyünləməyə cəhdlər göstərir.

Rusiya ümumiyyətlə ikili oynamaqda maraqlıdır, məqsədi Azərbaycan-Ermənistan
münasibətlərinin tənzimlənməsində rəqiblərinə məxsus olan payları da tam
mənimsəmək və Qərbi regiondan sıxışdırmaqdır.

Eyni məntiq Qərbin şüurunda da var, onun da hədəfi Rusiyanın təsir dairəsini
daraltmaqdır.

Ancaq nə olursa-olsun, Qarabağdakı bir neçə müşkülün tənzimlənməsində yük və
öhdəliklər bölgüsündə Rusiya daha çox məsuliyyət daşıyır.

Çünki Rusiya 10 Noyabr Bəyanatının tərəfidir, prosesləri normal axara salmaq
üçün siyasi-hüquqi tənzimləyici öhdəliyi var.

Lakin Rusiya münaqişə və ya mübahisələrin qalıcılığını təmin etməklə
proseslərə müdaxilə imkanları üçün regiondakı mövcudiyyətini klassik
çərçivələrdən çıxarmır.

Hərçənd, obyektivlik naminə etiraf etmək lazımdır ki, Azərbaycanla Rusiya
xarici siyasət cəbhəsindəki Ermənistanla bağlı hissələrini bir-birinə
birləşdirmək təcrübəsinə də malikdir.

Bununla belə, Rusiyanın regionda “nizamlanma” üçün əbədi mandat qazanmaq
istəyi əlinə erməni kartı götürməsi ilə nəticələnir.

Beləcə, Rusiya-Ermənistan teatrında Azərbaycana qarşı rollar müəyyən edilir,
bunun bariz nümunələrindən biri də aprelin 4-də üzə çıxdı.

Rusiyanın Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı
qüvvələri həmin tarixdə Ermənistandan olan 27 nəfəri Laçın yolunda keçirilən
aksiya yerinə gətirib.

Azərbaycanlı ekofəalların keçirdikləri aksiya yerindən mülki keçidləri
razılaşdırmaq üçün Rusiya sülhməramlıların komandanlığı Azərbaycandan razılıq
almalıdır. Azərbaycana keçidlərin məqsədini, motivini izah etməlidir, qısası bu
məsələ Azərbaycanla Rusiya arasında razılaşdırma ilə tənzimlənir.

Ancaq bu dəfə Rusiya Azərbaycana məlumat vermədən Gorusdan olan 27 nəfəri
aksiya keçirilən yerə gətirib.

Azərbaycan haqlı olaraq ermənilərin öz ərazilərinə gəlişinin hansı məqsədlərə
xidmət etdiyini aydınlaşdırmağa başlayıb və bu zaman sülhməramlılarla bir neçə
saatlıq danışıq aparılıb.

Danışıqlar gedən zamanda erməni sərnişinlər özlərini pis hiss etdiklərini
deyiblər, onlara dərhal yerində tibbi yardım təşkil olunub. Daha sonra
Azərbaycanın təcili tibbi yardım maşını onları Xankəndidəki klinikalardan
birinə aparıb.

Hesablamalarla belə bir nəticəyə gəlmək çətin deyil ki, Rusiya və Ermənistan
ikili meyarla teatr səhnəsi düzəltmək istəyib. Onlar düşünüblər ki, danışıqlar
aparılan zaman Azərbaycanın Qarabağdakı “soyuq güllələri” olan ekofəallar
ermənilərin olduğu maşınlara girəcək və bu zaman erməni uşaqlar, qadınlar,
kişilər səsini başına ataraq vay-şivən qoparacaqlar, beləcə köhnəlmiş “blokada”
tamaşasına dünyanı inandırmağa çalışacaqlar.

Görünür ki, Azərbaycan tərəfində bu tamaşanın sirləri əvvəlcədən məlum olub,
ona görə də aksiya yerindəki təhlükəsizlik qüvvələri maksimal təmkin nümayiş
etdiriblər.

Hadisənin qurama olduğunu bir fakt da təsdiq edir. Belə ki, baş tutmayan
tələdən sonra iki erməni qadın onlarla gələn “jurnalistə” müsahibə vermək
istəyiblər.

Azərbaycanın soyuqqanlı davranışı öz bəhrəsini verib və rus-erməni hiyləsini
tamamilə alt-üst edib.

Üstəgəl, Azərbaycana məxsus təcili tibbi yardım avtomobili halı pisləşən
erməniləri Xankəndiyə aparıb. Bəli, həmin operativ nəqliyyat vasitəsinin
sirenası “blokada” şivəninə qarşı tutarlısəsboğucu
idi.

Yəqin ki, Rusiyanın dirijorluğu ilə xor dərnəyi yeni nəğmələr oxumaq üçün
fərqli təxribatları işə salacaq.

Azərbaycan mütləq şəkildə Rusiyanın üzərinə düşdüyü məsuliyyətlə
sülhməramlıların həmin öhdəliklərə zidd davranışlarını Kremlə çatdırmalıdır.

Aqşin Kərimov

Source link