Qarabağın ən qədim xalçalarından biri olan “Çələbi” xalçası – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağın ən qədim xalçalarından biri olan “Çələbi” xalçası haqqında
məlumatlandırıcı videoçarx hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, videoçarxı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təqdim
edib.
Qeyd olunur ki, “Çələbi” xalçası Qarabağ qrupunun ən parlaq və özünəməxsus
xalçalarından biridir.
Dünya kolleksiyalarında mövcud olan “Çələbi”lərin ən qədimi XVII əsrin sonuna
– XVIII əsrin birinci rübünə, Səfəvilər dövrünə aid edilir və İstanbulda Türk
və İslam Əsərləri Muzeyində saxlanılır.
“Çələbi” xalçaları haqqında videoçarxı təqdim edirik: