Qarabağın ən təhlükəli ərazilərində yeni proses başladı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İşğaldan azad edilmiş Qarabağın minalarla ən çox çirklənən ərazilərindən biri
olan Ağdamda yeni proses başlayıb.
Azərbaycan Televiziyası (AzTV) xəbər verir ki, Ağdamın Şelli kəndi əkin
dövriyyəsinə cəlb olunub.
Ağdama ezam olunmuş AzTV-nin əməkdaşları əkin sahəsində olub, səpin işləri
barədə məlumat əldə ediblər.
Bildirilib ki, minalardan təmizlənmiş ərazilərdə əkin işləri sürətlə aparılır.
Kənd təsərrüfatında müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri tətbiq
edilir. İşğaldan azad edilmiş ərazilərdə yüksək keyfiyyətli toxumlardan
istifadə edilir.