68d26325-f0e9-42f5-82dc-ebd1d5114ce0..jpg

“Qarabağ”ın 2023/2024 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib

Baxış sayı: 504 dəfə baxılıb.

“Qarabağ”ın 2023/2024 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın 2023/2024 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu bu mövsüm indiyə qədər 9
milyon 582 min avro gəlir əldə edib.

Bunun yalnız 200 mini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində
qazanılıb. Qalan məbləğ UEFA Avropa Liqasındakı çıxışdan əldə edilib. İkinci
dərəcəli klub turnirinin qrup mərhələsinə adlamaq 3 milyon 630 min avro qazanca
səbəb olub. Son 10 ildə avrokuboklardakı reytinqinə görə isə daha 2 milyon 376
min avro klubun büdcəsinə köçürülüb.

Qrupda ikinci yeri tutmaq “Qarabağ”a 550 min, pley-offa yüksəlmək isə 500 min
avro qazandırıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasında 1/8 finala
yüksələrsə, daha 1,2 milyon avro gəlir əldə edəcək. Ağdamlılar bunun üçün
pley-offda Portuqaliyanın “Braqa” klubunu üstələməlidirlər. Azərbaycan çempionu
turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab
görüşünü isə 22-də evdə keçirəcək.

Source link