1bf42b64-7a97-4d07-89fe-baa08fb5ee21..jpg

“Qarabağın azad edilməsi ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə təkan verir”

Baxış sayı: 3. 939 dəfə baxılıb.

“Qarabağın azad edilməsi ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin
möhkəmlənməsinə təkan verir”

“İkinci Qarabağ müharibəsi və Azərbaycanın əzəli torpaqlarının işğaldan azad
edilməsi ərəb ölkələri ilə Azərbaycan arasında daha sıx əlaqələrin inkişafına
zəmin yaradıb”.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi, risklərin qiymətləndirilməsi və
konsaltinq üzrə şirkət olan “The International Interest”in icraçı direktoru
Sami Hamdi deyib.

“Bu, bütün müsəlman dünyasında rəğbətlə qarşılanıb və Azərbaycanın regionda
mövqelərinin möhkəmləndirilməsi çərçivəsində Bakı ilə daha sıx əlaqələrin
inkişafına təkan verib”, – deyə o bildirib.

S.Hamdi buna misal kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri
Liqasının Əlcəzairdə keçirilmiş sammitinə fəxri qonaq kimi dəvət olunmasını
göstərib.

Onun fikrincə, yeni reallıqlar siyasi və təhlükəsizlik dinamikasının
dəyişdiyini göstərib və bunun nəticəsində Mərkəzi Asiya ölkələri özlərini
təsdiq edərək ənənəvi “soyuq müharibə” siyasətindən uzaqlaşmağa başlayır:

“Bundan başqa, Ukraynadakı müharibə enerji bazarlarında əhəmiyyətli
dəyişikliklərə səbəb olub, çünki Avropa idxalı şaxələndirməyə çalışır və
Azərbaycan da buna töhfə verən ölkələrdən biridir”.

Siyasi şərhçi vurğulayıb ki, məhz bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ) və Qətər Azərbaycanın enerji və qida sektorlarına investisiyaları
artırmağa və mövcud yeni vəziyyətdən yararlanmağa çalışır:

“Məsələn, BƏƏ Azərbaycanın Avropanın vacib elektrik enerji təchizatçısına və
regionda əsas geostrateji oyunçuya çevriləcəyi perspektivlərini nəzərə alaraq
Azərbaycanın enerji sektoruna sərmayə yatırdığını bəyan edib. Qətərə gəlincə,
bu ölkə Azərbaycanın təbii qaz bazarında rəqabət aparmaq potensialından
xəbərdardır. O, hər hansı rəqabətin bir-birilərinin ziyanına deyil, qarşılıqlı
faydalı olması üçün Azərbaycanla əməkdaşlıq və koordinasiya yaratmağa çalışır”.

Source link