46998da5-c336-4a94-b35f-e7b6b3fb4512..jpg

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsullarını tanıtmaq istəyən KOB-ların NƏZƏRİNƏ – FOTO

Baxış sayı: 493 dəfə baxılıb.

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsullarını tanıtmaq
istəyən KOB-ların NƏZƏRİNƏ – FOTO

Bu il 3-cü dəfə keçiriləcək “Rebuild Karabakh” Sərgisində KOB-ların iştirakına
dəstək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stend
quracaq.

Bu barədə KOBİA məlumat yayıb.

19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq
Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2023”)
keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin
tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri
qurmasına dəstək məqsədilə bu il də sərgidə KOBİA xüsusi stendlə təmsil
olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən
və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar 5 oktyabr
2023-cü il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə
bilərlər:https://bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək
istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2023” qeyd olunmalıdır).

Qeyd edək ki, “Rebuild Karabakh” Sərgisi Qarabağın bərpasına həsr olunmuş
yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan
sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti
çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında
iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. “Rebuild Karabakh”
sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı,
mədənçilik, nəqliyyat, enerjiyə qənaət sistemləri, “ağıllı ev” həlləri,
təhlükəsizlik, turizm və mədəni irs, yol tikintisi və infrastrukturu
bölmələrindən ibarət olacaq.

Source link