“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları
cəzalandırılıblar.
AFFA-dan verilən məlumata görə, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” – “Qarabağ-2”
oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin
qərarına etiraz edib.
Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün beş
oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.
“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində “ağ-qaralar”ın azarkeşləri
pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.