b1e00f03-390f-4af0-851a-6a61efc2658e..jpg

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür – FOTO

Baxış sayı: 406 dəfə baxılıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

O,1972-ci il aprelin 13-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü həm futbolçu, həm məşqçi kimi Azərbaycan
futbol tarixinə düşüb. 1990-2005-cı illəri əhatə edən dövrdə hücumçu kimi çıxış
edən Qurbanov “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın
“Alazani” və Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar”
klublarında çıxış edib. Forvard dörd dəfə ölkə çempionu, bir dəfə kubokun
qalibi, 1996/97 mövsümündə 34 qolla çempionatın ən yaxşı bombardiri adını
qazanıb.

Azərbaycan çempionatlarında 115 qol vuran Qurban Qurbanov yarışın 32 illik
tarixinin 4-cü ən yaxşı bombardiri hesab olunur.

Milli komandada 68 oyunda 14 qola imza atan hücumçu kimi həm də yığmanın ən
məhsuldar futbolçusudur.

Q.Qurbanov 2005-cı ildə “İnter”də idman direktoru kimi fəaliyyətə başlayıb.
2006-2007-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.

Qurban Qurbanovun ən böyük tarixi uğurları isə 2008-ci ilin yayından rəhbərlik
etdiyi “Qarabağ”la bağlıdır. Ağdam klubu onun rəhbərliyi altında 10 dəfə
Azərbaycan çempionu adını, 5 dəfə ölkə kubokunu qazanıb.

Qurbanovun yetirmələri ardıcıl 10 dəfə avrokubokların qrup mərhələsinə düşüb.
2017-2018-ci illər mövsümündə Çempionlar Liqasında bunu bacaran ilk komandamız
olub.

2021-2022 və 2022-2023 mövsümlərində Konfrans Liqasında, 2023-2024 mövsümündə
Avropa Liqasında pley-offa yüksəlib və 1/8 finala qədər irəliləyib.

Qurban Qurbanov 2017-18-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi
kimi çalışıb.

2011-ci ildən Əməkdar məşqçi olan Qurbanov 2022-ci ildə Prezident İlham Əliyev
tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni
ilə təltif olunub.

Source link