203950c2-0e4f-4f50-acf5-32d2b0ef7e6a..jpg

“Qarabağ”ın “Bayer 04”lə matçı ingiltərəli məşhur hakimə tapşırılıb

Baxış sayı: 598 dəfə baxılıb.

“Qarabağ”ın “Bayer 04”lə matçı ingiltərəli məşhur hakimə tapşırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Cixisyolu.com xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına
tapşırılıb.

FIFA referisi Entoni Teylora Qari Besvik və Adam Nunn kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək. VAR-da Stüart
Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat
00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Source link