Mayın 17-də “Qarabağ” futbol klubunun futbolçuları cəbhə bölgəsinə yollanıb.
ÇıxışYolu.Com “Qarabağ” FK-nun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvlərini, o cümlədən İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyevi ilk olaraq N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.
Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ımızın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib.
Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildirib. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.
Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar.
Daha sonra onlar əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstərib.
13:02
“Qarabağ”ın beş futbolçusu bu gün cəbhə bölgəsində əsgərlərimizlə görüşəcək.
Bu barədə ÇıxışYolu.Com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Belə ki, əcnəbilərdən bosniyalı qapıçı İbrahim Şehiç də daxil olmaqla, Coşqun Diniyev, Maksim Medvedev, Qara Qarayev və Elvin Yunuszadə cəbhə bölgələrimizdən birində əsgərlərimizlə görüşəcək.
Klubun məşqçilər heyətindən isə heç kim bu səfərdə olmayacaq. Buna səbəb komandanın Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunun “Qəbələ” ilə görüşünə hazırlaşmasıdır.
Qeyd edək ki, çempionat başa çatmasa da, “Qarabağ” ölkə çempionluğunu öncədən təmin edib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com