“Qarabağ”ın Çempionlar Liqası matçı Azərbaycanda göstərilməyə bilər

Baxış sayı: 2. 359 dəfə baxılıb.

“Qarabağ”ın Çempionlar Liqası matçı Azərbaycanda göstərilməyə bilər

Bu gün “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə keçirəcəyi ilk görüş Azərbaycan teleməkanında göstərilməyə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb qarşı tərəfin Azərbaycan telekanallarından 10 min avro istəməsidir.

Lakin Azərbaycanın iki idman telekanalı – “İdman Azərbaycan” və “CBC Sport” bu pulu ödəmək iqtidarında deyil.

Xatırladaq ki, Albaniyanın Şkoder şəhərində keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com