“Qarabağ”ın Çempionlar Liqası matçı slovaklara tapşırıldı

Baxış sayı: 2. 415 dəfə baxılıb.

"Qarabağ"ın Çempionlar Liqası matçı slovaklara tapşırıldı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi Peter Kraloviç olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Vays yardım edəcək. Patrik Hrçka isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, ilk matçı 0:0 başa çatıb.

“Qarabağ” – “Kukesi” (Albaniya) görüşü avqustun 1-də saat 21:00-da başlayacaq.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com