“Qarabağ”ın Çempionlar Liqasındakı doqquz rəqibi – SİYAHI

“Qarabağ”ın Çempionlar Liqasındakı doqquz rəqibi – SİYAHI

Baxış sayı: 2. 955 dəfə baxılıb.

Məlum olduğu kimi, “Qarabağ” Azərbaycn Premyer Liqasının sonuna dörd tur qalmış Azərbaycan çempionu adını qazanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, ümumilikdə altıncı, ardıcıl beşinci dəfə ölkənin ən yaxşısı olan Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında növbəti dəfə Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Qurban Qurbanovun yetirmələri turnirdəki format dəyişikliyinə görə bu dəfə Çempionlar Liqasına I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Komandamız ilk təsnifat mərhələsindən yarışa qoşulacaq 34 iştirakçıdan biri olacaq.

Artıq bu mərhələdən mübarizəyə qoşulacaq 18 komandanın adı bəllidir. Hesabında 20,500 xal olan “Qarabağ” indidən səpələnmişlər sırasında yerini təmin edib. Azərbaycan çempionu hazırda reytinqinə görə mərhələnin üçüncüsüdür.

Beləliklə, komandamızın doqquz rəqibi bəllidir. UEFA qaydalarına görə, “Qarabağ” Ermənistan çempionu ilə turnirdə qarşılaşa bilməz.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Astana” (Qazaxıstan)

BATE (Belarus)

“Qarabağ” (Azərbaycan)

“Şerif” (Moldova)

“Malmö” (İsveç)

“Rusenborq” (Norveç)

HİK (Finlandiya)

TNS (Uels)

Kipr çempionu

Danimarka çempionu

Səpələnməmişlər

“Vikinqur” (Farer adaları)

“Sutyeska” (Monteneqro)

“Suduva” (Litva)

“Kork Siti” (İrlandiya)

“Spartak” (Latviya)

“Valyur” (İslandiya)

“Flora” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

Ermənistan çempionu

Şimali İrlandiya çempionu

Qeyri-müəyyənlər

“Şkendiya” (Makedoniya)

“Valletta” (Malta)

İsrail çempionu

Polşa çempionu

Bolqarıstan çempionu

Serbiya çempionu

Şotlandiya çempionu

Bosniya və Herseqovina çempionu

Xorvatiya çempionu

Macarıstan çempionu

Slovakiya çempionu

Albaniya çempionu

Lüksemburq çempionu

İlkin mərhələnin qalibi

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.

S.T.
www.ÇıxışYolu.Com