“Qarabağ”ın Çempionlar Liqasındakı ilk oyunu göstərilməyə bilər

Baxış sayı: 2. 946 dəfə baxılıb.

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk oyunu göstərilməyə bilər

Sloveniyanın “Olimpiya” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Qarabağ”a ilk oyunun başlama saatını dəyişdirməyi təklif edib. 

ÇıxışYolu.Com xəbər verir ki, Lyublyana klubu bu addımı matçın DÇ-2018-in yarımfinalında Xorvatiya – İngiltərə görüşü ilə eyni vaxtda başlanacağı üçün atıb. 

Sloveniyalılar Ağdam klubuna oyunun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlamasını təklif edib. Ancaq bizimkilər bu təkliflə razılaşmayıb. 

Qeyd edək ki, dünya çempionatının oyununa marağın daha böyük olacağını nəzərə alan Sloveniya telekanalları “Olimpiya” – “Qarabağ” qarşılaşmasını canlı yayımlamaq istəmirlər. Məhz buna görə də klub bu təklifi irəli sürüb.

Xatırladaq ki, “Olimpiya” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

S.M.
www.ÇıxışYolu.Com