“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri – SİYAHI

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri – SİYAHI

Baxış sayı: 2. 846 dəfə baxılıb.

Futbol üzrə Çempionlar Liqasında 2018/2019 mövsümünün iştirakçılarından çoxunun adına aydınlıq gəlib. 

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. 

Bu mərhələnin hələlik üç iştirakçısı müəyyənləşməyib. Bunlar Sloveniya, Macarıstan çempionları və ilkin mərhələnin qalibi olan bir klubdur. 

UEFA reytinqi yüksək olduğundan (73-cü yer), “Qarabağ” püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.

Qrup mərhələsi: “Barselona”, “Atletiko”, “Real”, “Valensiya” (hamısı İspaniya), “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Totenhem” (hamısı İngiltərə), “Yuventus”, “Napoli”, “Roma”, “İnter” (hamısı İtaliya), “Bayern”, “Şalke”, “Hofenhaym”, “Borusiya” D. (hamısı Almaniya), PSJ, “Monako”, “Lion” (hər üçü Fransa), “Lokomotiv”, MOİK (hər ikisi Rusiya), “Portu” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Çexiya), əvvəlki mərhələləri adlamağı bacarmış altı ölkənin klubu

Pley-off mərhələsi (Çempionlar Yolu): “Yanq Boyz” (İsveçrə), PSV (Hollandiya)

III təsnifat mərhələsi (Çempionlar Yolu): AEK (Yunanıstan), “Zaltsburq” (Avstriya)

III təsnifat mərhələsi (Liqa Yolu): “Spartak” (Rusiya), “Benfika” (Portuqaliya), “Dinamo” (Ukrayna), “Standard” (Belçika), “Fənərbaxça” (Türkiyə), Çexiyanın gümüş mükafatçısı (“Slaviya”/“Yablonets”)

II təsnifat mərhələsi (Çempionlar Yolu): ÇFR (Rumıniya), “Dinamo” (Xorvatiya), BATE (Belarus), Danimarka çempionu (“Midtüland”/“Bröndbü”)

II təsnifat mərhələsi (Liqa Yolu): “Bazel” (İsveçrə), PAOK (Yunanıstan), “Ayaks” (Hollandiya), “Şturm” (Avstriya)

I təsnifat mərhələsi: “Leqiya” (Polşa), “Malmö” (İsveç), “Hapoel” (Beer-Şeva, İsrail), “Seltik” (Şotlandiya), APOEL (Kipr), “Rusenborq” (Norveç), “Qarabağ” (Azərbaycan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Astana” (Qazaxıstan), “Spartak” (Slovakiya), “Şerif” (Moldova), “Valyur” (İslandiya), HİK (Finlandiya), “Kukesi” (Albaniya), “Kork Siti” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Torpedo” (Gürcüstan), “Spartak” (Latviya), “Şkendiya” (Makedoniya), “Flora” (Estoniya), “Sutyeska” (Monteneqro), “Alaşkert” (Ermənistan), “Düdelanj” (Lüksemburq), “Kruzeyders” (Şimali İrlandiya), “Suduva” (Litva), “Valletta” (Malta), TNS (Uels), “Vikinqur” (Farer adaları), Sloveniya çempionu (“Olimpiya”/“Maribor”), Macarıstan çempionu (“Videoton”/“Ferentsvaroş”), ilkin mərhələnin qalibi

İlkin mərhələ: “Linkoln” (Cəbəllütariq), “Santa Kaloma” (Andorra), “Drita” (Kosovo), San Marino çempionu.

Qeyd edək ki, iyunun 19-da İsveçrənin Nyon şəhərində püşkatma mərasimi keçiriləcək. Püşkə əsasən, “Qarabağ” I təsnifat mərhələsinin oyununa 10/11 iyulda çıxacaq. Cavab görüşü bir həftə sonra – 17/18 iyulda keçiriləcək.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com