Mayın 19-da UEFA-nın baş qərargahında Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin oyunlarının püşkatması keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, püşkatmada Azərbaycanın “Qarabağ” klubunun rəqibi müəyyənləşib.
Çempionlar Liqasındakı yoluna ilk mərhələdən başlayan ağdamlılar 1-ci qrupa düşüb.
Qurbanovun yetirmələrinin rəqibi Sloveniyanın “Olimpiya” komandası olub.
Qeyd edək ki, təsnifat mərhələsinin ilk matçları 10/11 iyulda keçiriləcək.