“Qarabağ”ın ÇL-də növbəti rəqibləri müəyyənləşdi

Baxış sayı: 2. 074 dəfə baxılıb.

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. 

ÇıxışYolu.Com xəbər verir ki, I təsnifat mərhələsində Albaniyanın “Partizani” kollektivinə qalib gəlsə, təmsilçilərimiz “Dandolk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. 

“Qarabağ” “Partizani”yə məğlub olsa, “Şerif” (Moldova) / “Saburtalo” (Gürcüstan) cütündə məğlub tərəflə qarşılaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.