0a5af1d9-b2f0-474a-9283-ea48e2abbe9f..jpg

Qarabağın erməni sakinləri üçün 38 ton benzin yola salınıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

Qarabağın erməni sakinləri üçün 38 ton benzin yola salınıb – YENİLƏNİB +
FOTO/VİDEO

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və
infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin
ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə
xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə
Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu
növbəti 2 avtomobil yola salınıb.

16:34

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha iki
nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq
göndərilib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, 26 sentyabrda hər biri dizel
və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam-Əsgəran-Xankəndi
yolu ilə yola salınıb.

13:52

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə
Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yük avtomobilləri
Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yük avtomobillərində 30 ton “Aİ-92” markalı benzin, 34 ton dizel yanacağı
aparılıb.

Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş
görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və
yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə
dair xahişinə uyğun olaraq yola salınıb.


Source link