“Qarabağ”ın futbolçusu ən yaxşı oyunçu seçildi

Baxış sayı: 4. 163 dəfə baxılıb.

“Qarabağ”ın futbolçusu ən yaxşı oyunçu seçildi

Azərbaycan Premyer Liqasının V turunun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, rəmzi komanda aşağıdakı oyunçulardan qurulub.

Qapıçı: Saşa Stamenkoviç (“Sabah”);

Müdafiəçilər: Şəhriyar Rəhimov (“Səbail”), Anton Krivotsyuk (“Neftçi”), Yakub Jezniçak, Abbas Hüseynov (hər ikisi “Qarabağ”);

Yarımmüdafiəçilər: Abdellah Zubir, Miçel,  Dzon Delarj (hər üçü “Qarabağ”), Rahid Əmirquliyev (“Səbail”);

Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Araz Abdullayev (“Qarabağ”).

Turun ən yaxşı oyunçusu isə “Qəbələ” ilə görüşdə (4:1) dubl etmiş Fransa doğumlu, Mərakeş əsilli futbolçu Abdellah Zubir olub.

Qeyd edək ki, rəmzi komanda “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com