“Qarabağ”ın futbolçusu Finlandiyada əməliyyat olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.
Bu barədə “Report”a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev
məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, sağ bud tendon vətəri qopan kolumbiyalı
müdafiəçi bu gün Finlandiyada əməliyyat olunub. 30 yaşlı oyunçunun təxminən üç
ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Kevin Medina UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda
Norveçdə “Molde” ilə keçirilən oyunun (2:2) ikinci hissəsində zədələnərək
əvəzlənmişdi.