1edfdacb-3180-408d-9bda-ef26114a830d..jpg

“Qarabağ”ın futbolçusu: “Gent”lə oyun bizim üçün çətin olacaq”

Baxış sayı: 760 dəfə baxılıb.

“Qarabağ”ın futbolçusu: “Gent”lə oyun bizim üçün çətin olacaq”

“Sabah bizim üçün çətin olacaq. Avrokuboklarda zəif rəqib olmur. Matça hazır
olmağa çalışırıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç Bakıda
Belçikanın “Gent” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off
mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı analiz etdiklərini bildirib:

“Ən yaxşı nəticəni əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də
Gentdə olacaq.

Source link