0662bedf-8de1-482f-bcc4-2ecde2273101..jpg

“Qarabağ”ın futbolçusu: “Möcüzəni reallaşdırmağa çox yaxın idik”

Baxış sayı: 446 dəfə baxılıb.

“Qarabağ”ın futbolçusu: “Möcüzəni reallaşdırmağa çox yaxın idik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daha artığını etməyə, möcüzəni reallaşdırmağa çox yaxın idik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə
Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa
Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq
Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

27 yaşlı müdafiəçi gələcəkdə avrokuboklarda daha çox irəliləyəcəklərinə
inandığını bildirib: “Bu cür turnirdə belə mübarizə apardığımız üçün sevinirik.
Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Daha çox irəliləmək üçün təcrübə
lazımdır. İlk dəfə idi ki, 1/8 finalda iştirak edirdik. Bu cür oyunlar
keçirərək zamanla daha da irəli getmək olar”.

Qeyd edək ki, Bakıdakı ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. İki matçın cəmində
4:5 hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.

Source link