7d6eae72-69eb-416e-b086-b5ea69819403..jpg

“Qarabağ”ın futbolçusu “Qalatasaray”la oyuna görə millidən kənarda qalıb

Baxış sayı: 998 dəfə baxılıb.

“Qarabağ”ın futbolçusu “Qalatasaray”la oyuna görə millidən kənarda qalıb

“Qarabağ”ın oyunçusu Nəriman Axundzadə Türkiyə klubu “Qalatasaray”la martın
26-da Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə oyununa görə 21 yaşadək
futbolçulardan ibarət Azərbaycan millisindən kənarda qalıb.

Bu barədə “Report”a U-21 yığmasının baş məşqçisi Samir Əliyev məlumat verib.

O bildirib ki, Ağdam klubu ilə danışıqlardan sonra bu addımı atıb: “Başa
düşürük ki, qarşıda “Qarabağ”ın maraqlı oyunu var. Futbolçuların da bir çoxu
milli komandalara getdiklərindən, heyətlə bağlı problemləri ola bilər.
“Qarabağ” tərəfi ilə danışığımız oldu. Nəriman Axundzadəni məhz buna görə
U-21-ə çağırmadıq”.

Samir Əliyev “Qarabağ”ın qapıçısı Amin Ramazanovun yığmadan kənarda qalmasının
səbəbini də açıqlayıb. 44 yaşlı mütəxəssis gənc qolkiperin zədəli olduğu üçün
qarşıdakı yoldaşlıq görüşlərində sərəncımında olmayacağını söyləyib: “Amini
çağırmaq fikrimiz var idi. Lakin “Qarabağ”ın əvəzedicilərinin heyətində
“Neftçi-2” ilə Birinci Divizion oyununda zədələnmişdi. Düzdür, zədəsi ciddi
deyil. Ancaq təxminən bir həftə müalicə almalı idi. Bu üzdən onu dəvət etməmək
qərarına gəldik”.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 23-də Albaniyanın, 26-da isə
Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə Türkiyənin Antalya
şəhərində yoldaşlıq görüşü keçirəcək.

Source link