Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov bu gün ailə həyatı qurur.
Sports.az xəbər verir ki, tanınmış futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban
Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir.
Qeyd edək ki, “İnter”dəki çıxışları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub.
Musa Qurbanov isə əslən Zaqatala rayonundandır və 1993/94 mövsümündə
Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb.