b5612b60-e4b3-428b-85aa-8590eb4a91e5..jpg

“Qarabağ”ın futbolçusu: “Üstünlüyü qoruya bilməmək kədərləndirici haldır”

Baxış sayı: 635 dəfə baxılıb.

“Qarabağ”ın futbolçusu: “Üstünlüyü qoruya bilməmək kədərləndirici haldır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizi ən çox təəssüfləndirən qələbəni əldən verməyimizdir. İkiqolluq üstünlüyü
qoruya bilməmək kədərləndirici haldır”.

Bu sözləri “Report”a açıqlamasında UEFA Avropa Liqasının 1/8 finalında
keçirilən “Qarabağ” – “Bayer 04” matçından sonra Ağdam təmsilçisinin futbolçusu
Patrik Andrade deyib.

Yarımmüdafiəçi matçı belə şərh edib:

“Oyun bizim üçün olduqca yaxşı keçdi. Vurduğumuz qollar keçdiyimiz ağır
məşqlərin, əzmkarlığın nəticəsidir. Yekunda onlar hesabı bərabərləşdirsə də,
komandanı qarşıda bir matç gözləyir. Hazırda isə diqqətimizi “Zirə” ilə
çempionat görüşünə yönəldəcəyik. Addım-addım daha yaxşısını etməyə çalışırıq.
Futbolda hər şey baş verir. İki dəfə fərqlənsək də, sonradan qapımızda eyni
sayda qollar gördük. Səhvlərimiz üzərində ciddi şəkildə işləyəcəyik”.

31 yaşlı kabo-verdeli futbolçu “Bayer 04”ə qarşı matçda üstünlüklərini qoruya
bilmədikləri üçün məyus olduğunu bildirib:

“Əlbəttə ki, 2:2 hesabı ilk matç üçün bizi qane edə bilməz. Qələbə qazana
bilərdik, amma bacarmadıq. Bu hesab bizi müəyyən qədər məyus etdi. Bunu sizə
necə izah edəcəyimi bilmirəm. Qəribə hisslər yaşayıram. Belə qollar buraxmamaq
üçün qarşıdakı matçlarda daha yaxşısını etməyə çalışacağıq. Bu, “Bayer 04”ün
builki rekord seriyasına son qoymaqdan daha pisdir”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın
“Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu
martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Source link