“Qarabağ”ın hər iki oyunda məğlub etdiyi komanda futbolçusunu “Seltik”ə satır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində hər iki oyunda məğlub
etdiyi İsveçin “Hakken” klubu futbolçusu Romeo Amaneni Şotlandiya təmsilçisi
“Seltik”ə satmağa hazırlaşır.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, “Seltik” 20 yaşlı
yarımmüdafiəçini qış transfer dönəmində heyətinə cəlb etməyə yaxındır.
Bildirilir ki, Qlazqo təmsilçisinin skautları “Hakken”in “Qarabağ”la Bakıdakı
son tur matçını stadiondan canlı izləyiblər və Amaneni bəyəniblər. Həmin
qarşılaşmada 90 dəqiqəni əvəz edilmədən keçirən Kot-D`İvuardan olan oyunçunun
keçidinin şotlandlara üç milyon funt-sterlinqə başa gələcəyi gözlənilir.
Qeyd edək ki, “Hakken” “Qarabağ”a öz meydanında 0:1, səfərdə isə 2:1 hesabı
ilə məğlub olub. İsveç klubu qrupu xalsız başa vurubsa, “Qarabağ” 10 xalla
ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb.