8baf112a-9998-4256-8fb8-508cad9298fd..jpg

“Qarabağ”ın hücumçusu İkardi, Qrizmann və Vlahoviçi qabaqladı – ARAŞDIRMA

Baxış sayı: 622 dəfə baxılıb.

“Qarabağ”ın hücumçusu İkardi, Qrizmann və Vlahoviçi qabaqladı – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın futbolçusu Olavio Juninyo 2023/2024 mövsümündə milli
çempionatlarda vurulan qol sayına görə dünyanın ən məhsuldar 60 bombardiri
sırasına düşüb.

“Report”un araşdırmasına görə, braziliyalı hücumçu Azərbaycan Premyer
Liqasında vurduğu 13 qolla bunu reallaşdırıb.

27 yaşlı forvard hazırda planetin ən məhsuldar oyunçuları arasında 42-58-ci
pillələri bölüşdürür. Onunla eyni göstəriciyə malik olanlardan biri də
İspaniyanın “Atletiko” klubunda çıxış edən Alvaro Moratadır.

Maraqlıdır ki, Son Hin Min (“Tottenhem”, İngiltərə – 12 qol), Mauro İkardi
(“Qalatasaray”, Türkiyə – 12), Antuan Qrizmann (“Atletiko”, İspaniya – 11),
Duşan Vlahoviç (“Yuventus”, İtaliya – 11), Olivye Jiru (“Milan”, İtaliya – 10)
kimi ulduz futbolçular Juninyodan geri qalırlar.

Cari mövsümün ən məhsuldar oyunçuları Almaniyanın “Bavariya” klubunun
hücumçusu Harri Keyn və Kambocanın “Svay Rinq” klubunda çıxış edən Markus
Haberdir. Hər iki forvardın hesabında 22 qol var. Onları 20 qolla Səudiyyə
Ərəbistanının “Əl-Nəsr” komandasında oynayan Kriştianu Ronaldu izləyir.

Qeyd edək ki, Olavio Juninyo bu mövsüm bütün turnirlər daxil olmaqla
“Qarabağ”ın heyətində 31 oyunda 16 qol vurub.

Source link