“Qarabağ”ın hücumçusu Keyn, Holann və Mbappe ilə eyni siyahıda yer alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son vuruşlarda daha dəqiq olan
futbolçularla bağlı araşdırma aparıb.
CIES-in rəsmi saytı xəbər verir ki, 65 liqanın əhatə olunduğu siyahıda
“Qarabağ”ın hücumçusu Juninyo Olavio da yer alıb.
27 yaşlı braziliyalı forvard 0,219 əmsalla 20-ci pilədə qərarlaşıb.
İlk sırada Almaniyanın “Bavariya” klubunda çıxış edən ingiltərəli Harri Keyn
(0,533) yer alıb. Niderlandın “Feyenoord” klubundan Santyaqo Ximenes (0,361)
ikinci, İspaniyanın “Real” komandasından Cud Bellinqem (0,355) üçüncüdür.
İlk “10-luq”da İtaliya “İnter”indən Lautaro Martines (0,341 əmsal, 5-ci),
İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann (0,314 əmsal, 7-ci) və
Fransanın PSJ kollektivindən Kilian Mbappe (0,289 əmsal, 10-cu) kimi tanınmış
futbolçular da var.