bd5328da-c246-4960-95a9-24628bf72778..jpg

“Qarabağ”ın ikinci qapıçısından Şahruddinsayağı səhv – VİDEO

Baxış sayı: 1. 045 dəfə baxılıb.

“Qarabağ”ın ikinci qapıçısından Şahruddinsayağı səhv – VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının növbəti turunun oyunları çərçivəsində
Tovuz “Turan”ı Ağdamın “Qarabağ” klubu ilə qarşılaşır.

Cixisyolu.com xəbər verir ki, qarşılaşmanın ilk hissəsi ağdamlıların 1:2 hesablı
qələbəsi ilə başa çatıb.

İlk hissədə ən yaddaqalan epizodlardan biri “köhlən atlar”ın qapıçısı Luka
Quqeşaşvilinin kobud səhvə yol verməsi və bundan sonra tovuzluların hesabı
bərabərləşdirməsi olub.

Qeyd edək ki, Ağdam klubunun zədə səbəbindən qarşılaşmanı buraxan əsas
qapıçısı Şahruddin Məhəmmədəliyev də bir neçə dəfə vacib oyunlarda analoji
səhvləri ilə yadda qalıb və bu, azarkeşlərin sərt tənqidinə səbəb olub.

Xatırladaq ki, Ş.Məhəmmədəliyev iki ay müddətinə yaşıl meydanlardan uzaq
qalacaq.


Source link