e598a2e1-3804-43c5-9ef0-918def7970a2..jpg

“Qarabağ”ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Baxış sayı: 983 dəfə baxılıb.

“Qarabağ”ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

“Qarabağ”ın kapitanı Maksim Medvedev Niderlandın “Tvente” və Qazaxıstanın
“Astana” klublarından təklif alıb.

“Report”un məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi
“Youtube” kanalında azarkeşlərin suallarını cavablandırarkən açıqlama verib.

O bildirib ki, Ensxede təmsilçisindən dəvət gənc yaşlarında gəlib:

“Amma həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür
təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək
istəyirdim”.

Təcrübəli oyunçu “Astana”dan isə UEFA Çempionlar Liqasının qrup mərhələsində
çıxış etdikdən sonra təklif aldığını söyləyib:

“Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin
məsləhətləşdikdən sonra “Qarabağ”da qalmağa qərar verdim”.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir.

Source link