eaf443f0-4692-41ff-aa72-904a8e1a1497..jpg

“Qarabağ”ın kapitanı: “Qurban Qurbanovdan heç vaxt qorxmamışam”

Baxış sayı: 392 dəfə baxılıb.

“Qarabağ”ın kapitanı: “Qurban Qurbanovdan heç vaxt qorxmamışam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ondan heç vaxt qorxmamışam, ancaq hörmət etmişəm”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev
“Metaratings” nəşrinə müsahibəsində “köhlən atlar”ın baş məşqçisi Qurban
Qurbanov haqqında danışarkən deyib.

34 yaşlı müdafiəçi 2008-ci ildə Q.Qurbanovun Ağdam təmsilçisinə gəlişini
xatırlayıb:

“Mən gənc və ehtiyatsız idim. O, “Qarabağ”a gələndə ilk addımlarımızı birlikdə
atdıq. Çünki məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız
olub. Amma həmişə birlikdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş
hesab edirəm. Başa düşürdü ki, qanım qaynayır, meydanda və meydandan kənarda
çox səhvlər etdim. Həm də bəzi problemlərim olanda belə, həmişə onunla
məsləhətləşmişəm”.

Medvedevin sözlərinə görə, Qurban Qurbanov həmişə onun problemlərinin həll
olmasına çalışıb:

“Çünki o, özümü meydanda nə qədər çətinə saldığımı və uduzmağı sevmədiyimi
başa düşürdü. Demək olar ki, bütün karyeramızı birlikdə yaşayırıq və
nailiyyətlərimizi birlikdə əldə edirik”.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”ın əsas komandasındadır.

Source link