77de7747-4137-486a-97c6-9a4844fc70d2..jpg

“Qarabağ”ın legioneri 568 günlük göstəricini təkrarlayıb

Baxış sayı: 498 dəfə baxılıb.

“Qarabağ”ın legioneri 568 günlük göstəricini təkrarlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan çempionatlarında 568 günlük
göstəricini təkrarlayıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, fransalı yarımmüdafiəçi
Premyer Liqanın XII turunda “Kəpəz”lə oyunda (7:1) bir hissə ərzində üç qol
vuraraq buna nail olub.

Bir qarşılaşmada fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da
“Qarabağ”ın üzvü olub. 2021/2022 mövsümündə İbrahima Vaci bunu bacarıb. O,
2022-ci il aprelin 15-də reallaşan “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol
vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb.

Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın
7-də “Turan Tovuz”un “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiyi görüşdə Runi Eva
bakılıların qapısına üç qol vurub.

Source link