“Qarabağ”ın legionerinə UEFA-nın verdiyi cəzanın müddəti bəlli olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın futbolçusu Marko Veşoviçə UEFA-nın verdiyi cəzanın müddəti bəlli
olub.
“Report”un məlumatına görə, Avropa futbol qurumu 32 yaşlı cinah müdafiəçisini
bir oyun diskvalifikasiya edib.
Monteneqrodan olan oyunçu dekabrın 14-də İsveçin “Hakken” komandasını məğlub
etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin VI turunun qarşılaşmasının
56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Veşoviç Portuqaliyada “Braqa”ya qarşı keçirəcəkləri pley-offun ilk oyununu
buraxacaq. O, Bakıda gerçəkləşəcək cavab görüşündə komanda yoldaşlarına kömək
edə biləcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab
matçını isə 22-də evdə keçirəcək.