8341473b-7366-4e38-8054-2b9d81dbb4f8..jpg

“Qarabağ”ın legionerləri milliyə dəvət aldılar – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

“Qarabağ”ın legionerləri milliyə dəvət aldılar – FOTO

“Qarabağ”ın dörd legioneri milliyə komandalara çağırılıb.

Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Marko Yankoviç Monteneqro
millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə
Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq
yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə
oyunlarına çağırılıb.

Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də
Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət
ediliblər.

Source link