4aafa757-cf36-4cf2-a1f1-e9d57dcf7b02..jpg

“Qarabağın” məğlubedilməz rəqibindən Almaniyada növbəti inamlı qələbə – VİDEO

Baxış sayı: 493 dəfə baxılıb.

“Qarabağın” məğlubedilməz rəqibindən Almaniyada növbəti inamlı qələbə – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 25-ci turunun “Bayer” – “Volfsburq” qarşılaşması başa
çatıb. Komandalar Leverkuzen şəhərinin BayArena stadionunda qarşılaşıblar.
Görüşün baş hakimi Daniel Siebert olub.

Artıq 28-ci dəqiqədə “canavarlar”ın müdafiəçisi Moritz Jenz meydandan qovulub.
Doqquz dəqiqə sonra “Bayer” bu boşluqdan məharətlə yararlanıb – Natan Tella
meydan sahiblərini hesabda irəli çıxarıb. 86-cı dəqiqədə “Bayer”in
hücumameyilli yarımmüdafiəçisi Florian Virtz matçda son nöqtəni qoyub – 2:0.

“Bayer” bu mövsüm Bundesliqada şəriksiz liderdir. Komanda 25 matçda 67 xal
toplayıb. Xabi Alonsonun yetirmələri ikinci yerdə qərarlaşan “Bavariya”nı 10
xal qabaqlayırlar. “Volfsburq” isə 25 xalla 13-cü yerdədir.

Leverkuzenlilər bütün turnirlərdə bugünkü oyun daxil 35 oyundur uduzmurlar.
Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 4 oyunda
heç-heçə edib.

Qeyd edək ki, bu il Avropanın məğlubedilməzi sayılan “Bayer” UEFA Avropa
Liqasında “Qarabağ”ın rəqibidir. Bakıda keçirilən ilk oyunda “Köhlən atlar”
güclü rəqibi ilə heç-heçə etmişdi. Cavab qarşılaşması isə martın 14-də
Leverkuzendə keçiriləcək.

Source link