57c7794d-be17-4dbc-b591-bc79f5cd8c38..jpg

“Qarabağ”ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçudurlar – FOTO/VİDEO

Baxış sayı: 464 dəfə baxılıb.

“Qarabağ”ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçudurlar – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”ə
uduzmasına görə ağlayan iki azyaşlı azarkeşin videosu gündəmə gəlib. Ağdam
klubunun son dəqiqələrdə buraxdığı qollar balaca tərəfdarların göz yaşlarına
səbəb olub.

Həmin uşaqların kimliyi də maraqla qarşılanıb. “Qafqazinfo”nun məlumatına
görə, azyaşlılar əslində kluba yad uşaqlar deyil. Onlar elə Ağdam klubunun
akademiyasının üzvləridir, həm də komandanın fanatıdırlar.

Nihat və Ümid Şükürovlar “Qarabağ”ın aşağı yaş qruplarından ibarət
komandalarında çıxış edirlər. Nihat U-9, Ümid isə U-11 komandasının üzvüdürlər.

Uşaqların atası Sənan Şükürov deyir ki, hər zaman “Qarabağ”ın matçlarını
izləyirlər. Bakıdakı matçların çoxunu elə stadiondan izləyirlər:

“Onları stadiona aparıram. Hər ikisi futbolla yatırlar, futbolla qalxırlar.
Mən özüm də futbolçu olmuşam. Azərbaycan U-19 millisinə qədər yüksəlmişəm, zədə
səbəbindən vidalaşmalı oldum. İndi uşaqlar bu yolu davam etdirirlər. Onlar
“Qarabağ”ın çılğın fanatıdırlar, hər oyununu izləyirlər”.

Balaca Ümid isə ötən gün “Qarabağ”ın “Bayer”ə son dəqiqə qolları ilə
uduzmasında hakimi günahlandırıb:

“Mən vətənpərvər və “Qarabağ”ın oyunçusu kimi deyirəm ki, qələbəyə layiq idik.
Həmişəki kimi hakim ədalətsizliyi ilə üzləşdik. Bu ədalətsiz qərarların fonunda
uduzduq. Şəxsən qardaşımla mən səhərə kimi yatmamışıq. Demək olar ki,
ağlamışıq”.


Source link