“Qarabağ”ın məşqçisi “Braqa”nın oyununu izləmək üçün Portuqaliyaya gedəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” klubunun video-analitik məşqçisi Yanuş Vasilyev UEFA Avropa
Liqasının pley-off mərhələsindəki rəqib “Braqa”nın oyununu Portuqaliyada canlı
izləyəcək.
Bu barədə “Report”a “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, mütəxəssis fevralın 4-də sözügedən ölkəyə yollanacaq. O,
fevralın 5-də, Bakı vaxtı ilə saat 00:30-da start götürəcək “Braqa” –
“Moreyrense” matçına tribunadan baxacaq.
“Braqa”nın isə iki nümayəndəsi fevralın 8-də Bakıda olacaq. Həmin gün Ağdam
təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında
“Sabah”ı (ilk oyun – 7:1) qəbul edəcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab
matçını isə 22-də evdə keçirəcək.