a11c793c-7b29-479b-92ff-87ffd238c1c0..jpg

“Qarabağ”ın müdafiəçisi: “Qurban Qurbanovun həyat yolu futbol tarixinin bir parçasıdır”

Baxış sayı: 420 dəfə baxılıb.

“Qarabağ”ın müdafiəçisi: “Qurban Qurbanovun həyat yolu futbol tarixinin bir
parçasıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Filmi izləməkdən çox zövq aldım. Baş məşqçimizin keçdiyi həyat yolu mənə və
bütün idmansevərlərə maraqlı idi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz
olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı müdafiəçinin sözlərinə görə, ekran işinin Avropa Liqasının V turunda
Norveçdə “Molde” ilə keçiriləcək oyundan öncə nümayiş olunması komandaya böyük
motivasiya verəcək:

“Qurban Qurbanovun keçdiyi həyat yolu futbol tarixinin bir parçasıdır.
İnanıram ki, o, özünü daha da inkişaf etdirəcək və nailiyyətlərinin davamını
gətirəcək”.

Source link